EN

Biznesin inkişafı əməliyyatları meneceri - VAKANSİYA

"Azerconnect" MMC, Biznesin inkişafı əməliyyatları meneceri / Business Development Operations Manager vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Biznesin inkişafı idarəsi üzrə bütün təşəbbüslərin başdan-sona həyata keçirilməsi; 
  • Bütün arxa ofis (İRİD, Maliyyə, Hüquq, Satınalma və s.) prosesləri ilə məşğul olmaq; 
  • Kommersiya və ön ofis məsələlərinin izlənilməsi və proseslərdən məlumatlı olmaq; 
  • Konsultasiya ilə bağlı proseslərdə iştirak etmək; 
  • Biznesin inkişafı idarəsi üzrə bütün biznes keyslərin təhlil edilərək, müvafiq rəylərin verilməsi; 
  • Biznesin inkişafı idarəsi üzrə bütün strateji assetlərlə birbaşa işləməli və icraçı menecerlərlə harmoniya içincə çalışmalıdır; 
  • Globalda olan Telco istiqamətli yeni biznes və trendləri izlənilməsi, məlumatlı olmaq; 
  • Əsas müştərilər, tərəfdaşlar və maraqlı tərəflərlə sıx işləmək; 
  • Hədəflər və biznesin inkişafına dair müntəzəm hesabat hazırlayaraq, birbaşa rəhbərə təqdim etmək;  
  • Proseslərin gedişatının izlənilməsi və yarana biləcək risklərin öncədən təhlil edilərək, həll edilməsi. 

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarəolunması istiqamətli Bakalavr təhsili, MBA təhsili üstünlükdür, ACCA/CFA istiqamətli təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır); 
  • Biznes prosesləri, layihələrin idarəedilməsi və ya aidiyyatı sahələr üzrə 1-2 il iş təcrübəsi; 
  • Start-up,  İnvestment sahəsində təcrübə üstünlükdür; 
  • Biznesin inkişafı strategiyaları üzrə güclü anlayış; 
  • Azərbaycan və İngilis dillərini səlis bilmək, (Rus dili üstünlükdür); 
  • Microsoft ofis proqramları ilə mükəmməl işləmə bacarığı. 

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Chosen
12
24
fins.az

10Sources