EN

Reanimasiyada olan yaralıların müalicəsi Qazaxıstan və Azərbaycan həkimlərinin nəzarətindədir - Rəşad Nəbiyev

Bakı, TurkicWorld

Hazırda fövqəladə hallar naziri ilə birgə Qazaxıstandan qayıdırıq. Orada Azərbaycan vətəndaşlarına və digər sərnişinlərə baş çəkdik. Cənab Prezidentin tapşırığı ilə onların vəziyyəti ilə maraqlandıq. Onların bəziləri özləri hərəkət edə bilirlər.

TurkicWorld-in məlumatına görə, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hadisə yerində 29 nəfər insanın həyatını xilas etmək mümkün olub.

"Həkimlərin gəldiyi qənaətlə biz onları özümüzlə qaytarmamaq qərarına gəldik. Həkimlər nə zaman qərar verərsə, onlar özləri qayıdarlar. Eyni zamanda reanimasiyada olan xəstələrimiz var ki, onların da müalicəsi Qazaxıstandan olan və Azərbaycandan ezam olunmuş həkimlər tərəfindən nəzarətə götürülüb. Bu gün həlak olanların gətirilməsi ehtimalı yoxdur. Araşdırma aparılır. Son qərar sabah və ya yaxın günlərdə veriləcək. Qara qutular tapılıb. Qanunvericiliyə uyğun olaraq, onların araşdırılması aparılacaq", - deyə o bildirib.

Chosen
6
7
turkic.world

10Sources