Ajans.azxəbər verir ki, sağ qalanlar arasında stüardessa Aydan Rəhimli də var.
Onun xəstəxanadan görüntüləri FHN-in hazırladığı videoda yer alıb.
Yeri gəlmişkən, digər stüardessa Hökümə Əliyeva həyatını itirib, stüard Əsədov Zülfüqar isə sağ qalıb.
Xatırladaq ki, sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan 3 nəfər olub, onlar sağ qalıblar. Eyni zamanda, 16 Rusiya vətəndaşı olub, onlardan 7-si ölüb, 9-u sağ qalıb. Qazaxıstandan 6 sərnişin olub, onlar həlak olublar.