EN

Qəzaya uğrayan təyyarənin yeni görüntüləri - Böyük və çoxsaylı dəliklər yaranıb + VİDEO

Məlum olduğu kimi, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Qəzanın ardından Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi heyət qəza ilə bağlı Qazaxıstana yolu düşüblər.

Hadisə yerinə çatan Azərbaycan heyəti tərəfindən paylaşılan görüntülərdə isə müəmmalı bir məqam diqqət çəkib. Belə ki, qəzaya uğrayan təyyarənin quyruq hissəsində dəqiq səbəbi bilinməyən çoxsaylı  irili-xırdalı dəliklər əmələ gəldiyi görünüb. 

Həmin görüntüləri təqdim edirik:

1Sources