EN

Qazaxıstan FHN: "Aktauda təyyarə qəzasında həlak olanlardan yeddisinin şəxsiyyəti dəqiqləşdirilib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Aktau yaxınlığında baş verən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin "Embraer 190" təyyarəsinin qəzasında həlak olanlardan yeddi nəfərin şəxsiyyəti dəqiqləşdirilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Qazaxıstan FHN-dən xəbər verilib.
Xilasedicilər xatırladıb ki, əvvəlki gün 38 nəfərin cəsədi aşkar edilib və məhkəmə-tibbi ekspertiza mərkəzinə təhvil verilib, onlardan altısı Qazaxıstan vətəndaşı və üçü ekipaj üzvü olub.
"Ekspertlər həmçinin faciə yerində tapılan "qara qutu" üzərində işləyirlər, buna görə 24 saatlıq növbə təşkil edilib. Fəsadların aradan qaldırılmasında 306 nəfər, 101 texnika, 2 hava gəmisi və 6 kinoloji hesablama cəlb edilib. Fəlakətlər Təbabəti Mərkəzinin psixoloqları Aktauya gələn qohumlara yardım göstərməyə davam edir", - deyə qurumdan bildirilib.
Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin ehtimallara görə, hadisəyə səbəb hava gəmisinin quş dəstəsiylə toqquşması olub. Təyyarədə 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər (37 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub.
Chosen
7
50
oxu.az

10Sources