EN

Zaxarova Ermənistan-Azərbaycan münasibətlərindən danışdı

Rusiya əvvəlki kimi indi də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına hər cür kömək göstərməyə hazırdır.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Hər kəsə ürəkdən sülh arzulayıram. Əgər praktiki mənada, diplomatik dildə danışırıqsa, təbii ki, Rusiya əvvəlki kimi Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinə, iqtisadi və nəqliyyat əlaqələrinin təşviqinə, münasibətlərin və etimadın yaradılmasına hər cür dəstəyi verməyə hazırdır. Bu isə regionda artıq planlaşdırılan və həyata keçirilməli olan bir sıra qarşılıqlı faydalı tədbirlərdən irəli gəlir", - diplomat qeyd edib. 

Ağarza Elçinoğlu 

Chosen
13
unikal.az

1Sources