EN

Şalva Papuaşvili: “Salome Zurabişvili danışır, Gürcüstanın karvanı isə irəli gedir”

Yazını böyüt
Yazını kiçilt

“Salome Zurabişvili və radikal müxalifət danışır, Gürcüstanın karvanı isə irəli gedir. Bu, sadəcə gürcü cəmiyyətinə ekstremizmin yeridilməsinin bir hissəsidir ki, biz bunu artıqlaması ilə görürük”.

Hafta.az-ın yazdığına görə,  bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

“Gürcüstan parlamentinin qarşısında dayanan xarici siyasətçilərin Salome Zurabişvilini və radikal müxalifəti birbaşa Maydan ssenarisinə keçməyə çağırdığını gördük. Xatırladaq ki, İsveç hakimiyyətinin nümayəndəsi, parlamentin xarici əlaqələr komitəsinin sədrinin nəsə xoşuna gəlməmişdi. O zaman vəziyyət sakit idi, Maydan ssenarisini oynamağın yaxşı ola biləcəyini birbaşa bizə xatırlatdı. Sonra onların Maydan ssenarisi üzərində necə qərar tutduqlarını, fişəngləri necə qurduqlarını, Molotov kokteyllərini tökdüklərini və polislərə necə zorakılıq etdiklərini, Gürcüstan Parlamentinin binasına necə hücum etdiklərini gördük. Deməli, bu, Gürcüstanda uzun müddətdir müxtəlif vaxtlarda, müxtəlif bəhanələrlə həyata keçirməyə çalışdıqları baş tutmamış Maydanın bir hissəsidir. Bütün bunlarda bir amili nəzərə ala bilmirlər, Gürcüstan cəmiyyətini və onun öz ölkəsinə münasibətini, ölkəmizi məhv etməyə çalışan insanlara münasibətini nəzərə ala bilmirlər. Buna görə də bizim daxili və ya xarici düşmənlərimiz hər dəfəsində gürcü cəmiyyətinə məğlub olurdular, bu dəfə də məhz gürcü cəmiyyətinə məğlub olurlar”, - Papuaşvili bildirib.

Chosen
9
hafta.az

1Sources