EN

Qeyri-sabit siyasət xətti: "Ermənistan Əli aşından da olmaq istəmir, Vəli aşından da"

Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqı sammitində iştirak etməyi planlaşdırır.
Bu barədə TASS-a sammitdəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Paşinyan Leninqrad vilayətində keçiriləcək Aİİ sammitində videobağlantı vasitəsilə iştirak etməyi planlaşdırır.
Qeyd edək ki, Paşinyan koronavirusa yoluxduğundan dekabrın 25-də keçirilən MDB liderlərinin qeyri-rəsmi sammitində iştirak edə bilməyib.

Siyasi şərhçi Kazım Kazımov "Sherg.az"a bildirib ki, Ermənistan hakimiyyəti avantürist siyasətindən əl çəkmir:

"Nikol Paşinyan daim fərqli mövqelərdən çıxış edir. Açıq demək lazımdır ki, Ermənistanın nə istədiyi dərk edilmir. Onlar qərbpərəst dairələrdən əmr alırlar. Buna görə də qeyri-sabit siyasi xətt izləyirlər. Digər tərəfdən Ermənistan hakimiyyətinin Rusiya ilə münasibətləri pozacaq cəsarəti yoxdur. Çünki Ermənistan iqtisadiyyat və bir çox sahələrdə Rusiyadan asılıdır. Lakin Paşinyan Qərbdən gələn ağalarının tərqinləri səbəbi ilə bir çox addımlar atır. Bu da Ermənistanın onsuz da qeyri-ciddi olan siyasi görünüşünü bir az da mənfi yönə çəkir".
Chosen
5
sherg.az

1Sources