EN

"Köhnə avtobuslardan belə istifadə edə bilmirik" - Şuşa qəsəbəsinin sakinləri problemə üzləşib

Sabunçu rayonunda yerləşən Şuşa qəsəbəsində avtobus problemi yaşanır.

"AzPolitika"-ya müraciət edən qəsəbə sakinləri 8-ci kilometr bazarından Şuşa qəsəbəsi və əks istiqamətdə hərəkət edən 214 nömrəli avtobusun fəaliyyətindən şikayətlənirlər.

Vətəndaşlar sözügedən avtobusların istismar müddətini başa vurduğunu bildirirlər. Həmçinin qəsəbədən keçən ikinci bir marşurut xəttinin olmamasından şikayətlənirlər.

"Avtobusların hamısı köhnədir və istismar müddətini başa vurub. Başqa bir problem isə odur ki, biz bu köhnə avtobuslardan belə istifadə edə bilmirik. Avtobus günün pik saatlarında, xüsusən də səhərlər dolu gəldiyindən minmək mümkün olmur. Avtobuslar arasında intervallar da böyükdür. Bəzən yarım saatdan artıq avtobus gözləməli oluruq. İnsanlar hər səhər mənzil başına çatmaq üçün əlavə ödəniş edərək taksi xidmətindən istifadə edirlər. Bu böyüklükdə qəsəbə cəmi bir marşurut xətti var. İkinci marşurut xətti açılsa bu qədər sıxlıq olmaq və problem də aradan qalxar", -deyə sakinlər bildiriblər.

Chosen
15
azpolitika.info

1Sources