Belarus və Rusiya prezidentləri Aleksandr Lukaşenko və Vladimir Putin dekabrın 25-də təkbətək görüş keçirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat katibi Natalya Eysmont bildirib.
Onun sözlərinə görə, görüşdə ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.
Dövlət başçıları eyni zamanda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.