EN

Qəzada sağ qalan sərnişinlərdən 7 nəfər Bakıya gətirildi

"AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alanlara tibbi yardım məqsədi ilə xilasedicilər, Səhiyyə Nazirliyinin peşəkar həkimlərdən ibarət qrupu Aktauya şəhərinə göndərilib".

Metbuat.az xəbər verir ki, bunu general-mayor Adil Abdullayev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hazırda 7 nəfər xəsarət alan şəxs Bakıya gətirilib:

"Vəziyyəti qənaətbəxş hesab edilən daha 7 nəfər şəxs gətiriləcək. Paytaxtın tibb müəssisələrində onların müalicəsi davam etdiriləcək".

A.Abdullayev əlavə edib ki, 4 nəfərin nəşi də bu gün Bakıya gətirilir.

Chosen
3
3
metbuat.az

10Sources