Niko Uilyams uğrunda mübarizə bir qədər gərginləşib.
“Bavariya” rəhbərliyi “Atletik”in gənc futbolçusu ilə maraqlanır. Məşhur insayder Florian Plettenberqin məlumatına görə, Almaniya klubu yayda hücum xəttini gücləndirmək istəyir. Buna səbəb Serj Qnabri, Leroy Sane və Kinqsli Komanın klubdakı gələcəklərinin qeyri-müəyyən olmasıdı.
Münhenlilərin 22 yaşlı ispaniyalı vinger üçün təxminən 50-60 milyon avro ödəməyə hazır olduğu bildirilir. Qeyd edək ki, bir müddət əvvəl mətbuatda “Barselona”nın Niko Uilyamsla maraqlanması, həmçinin futbolçunun Kataloniya klubuna keçmək istədiyi ilə bağlı xəbərlər yayılmışdı.