EN

Niyə belə edirsən ay “insan?”- "Saqqallı uşaqlara" XİTAB

Bir müddət əvvəl paytaxtın Ziya Bünyadov prospektindəki yeni yerüstü piyada keçidi istifadəyə verilib. Artıq bəziləri keçiddə öz “imza”larını qoyublar. Tər-təmiz, ağ divarda “Tovuz, Zərdab”, “Mebel təmiri” hətta telefon nömrəsi də yazılıb.

Axı bu istək hardan qaynaqlanır? Bəlkə də dünyada azsaylı ölkələrdən biriyik ki, insanlar tualetin qapısına alışqanı yandıraraq “sevdiyi qızın” adını yazır.

Psixoloqlar deyir ki, bu istək yetərsizlik sindromundan qaynaqlanır. Özünü cəmiyyətə “sübut” etmək üçün analoji addım atılır.

Cəlil Məmmdquluzadənin “Saqqalı uşağı” da divar yazırdı. Amma Kəblə Əzim bunu heç olmasa hesab-kitab üçün edirdi. Bəs siz nə üçün edirsiniz ey zamanımız “saqqalı uşaqları?”

Azpost.info

Chosen
22
azpost.info

1Sources