EN

Xarici diplomatlar Azərbaycanın UNESCO-dakı nümayəndəliyini ziyarət etdilər

Fransanın paytaxtı Parisdəki səfirlər, habelə UNESCO-dakı daimi nümayəndələr və diplomatlar AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Azərbaycanın mədəniyyət təşkilatındakı daimi nümayəndəliyini ziyarət edərək başsağlığı kitabına ürək sözlərini yazıblar.   Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

“Səfirlər, daimi nümayəndələr və diplomatlar 25 dekabr 2024-cü ildə Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğrayan, insan tələfatı və xəsarətlərlə nəticələnən “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli reysinin qurbanlarının xatirəsini yad etmək üçün Azərbaycanın Daimi Nümayəndəliyinə gələrək başsağlığı kitabına ürək sözlərini yazıblar”, – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.

Chosen
1
2
manset.az

3Sources