EN

21-ci əsrdə şok olay: 160-dan çox "qul" xilas edildi

Braziliyada Çindən olan avtomobil istehsalçısına aid firmada “köləlik şəraitinə bənzəyən” bir mühitdə işləyən 160-dan çox çinli işçi xilas edilib.

Publika.az xəbər verir ki, bu barədə Çin avtomobil istehsalçısının Braziliyadakı törəmə şirkəti “BYD Auto do Brasil” açıqlama verib.

Bildirilib ki, subpodratçı “Jinjiang Construction Brazil Ltd” adlı firma ilə müqavilə dərhal ləğv edilib.

Yerli rəsmilərin məlumatına görə, işçilər döşəksiz çarpayılarda yatıblar və hər 31 işçiyə yalnız bir tualet olduğu üçün səhər saat 4-də oyanıb növbəyə durmaq məcburiyyətində qalıblar.

Chosen
7
publika.az

1Sources