EN

Təyyarə qəzası ilə əlaqədar Azərbaycanın İrandakı səfirliyində xatirə kitabı açılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın İrandakı səfirliyində təyyarə qəzasında həlak olanlar üçün xatirə kitabı açılıb
"Azad İran" "Telegram" kanalı İran KİV-ə istinadən xəbər verir ki, Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yollarına" məxsus sərnişin təyyarəsinin qəzaya uğraması səbəbindən elan olunmuş matəm günü ilə əlaqədar Azərbaycanın İrandakı səfirliyində xatirə kitabı açılıb.
Məlumata görə, Azərbaycanın Tehrandakı səfirliyi "Embraer 190" təyyarəsində həlak olanların xatirəsinin ehtiramla yad edildiyini, eləcə də səfirlikdə bayraqların endirildiyini açıqlayıb.
Qeyd olunub ki, qəza qurbanlarının xatirəsini yad etmək üçün açılan kitaba ürək sözlərinin yazılması, başsağlığı verməyə gələn ziyarətçilərin qarşılanması hələ də davam edir.
Chosen
14
oxu.az

1Sources