EN

ŞOK OLAY: 12 arvaddan 102 uşağı olan kişi övladlarını tanıya bilmir

Ajans.az xəbər verir ki, uşaqlarının sayını xatırlamaqda çətinlik çəkən Kasera onların adlarını dəftərə qeyd edir. Bundan əlavə, 578 nəvəsi olan Kasera belə böyük ailəni dolandırmaqda çətinlik çəkir.

Dünyanın bir çox ölkəsi doğum nisbətlərinin aşağı düşməsi və əhali problemi ilə mübarizə apararkən, Uqandadan gələn bir xəbər dünya gündəmini bomba kimi vurdu. Şərqi Uqandanın Mukiza kəndində yaşayan Musa Hasahya Kasera 12 arvadından cəmi 102 uşağı olduğunu açıqlayıb.

Həyat yoldaşlarının hər birindən orta hesabla 8-9 uşağı olan Musa bu qədər böyük ailəni dolandırmaqda çətinlik çəkir. Musa sosial mediada paylaşdığı hekayəsində ilk dəfə 1972-ci ildə cəmi 17 yaşında ikən evləndiyini açıqlayıb. Bu illər ərzində 12 qadınla ailə quran Musa uşaq sayı nəzarətdən çıxanda arvadlarına kontraseptiv həblər verməyə başlayıb.

Yerli rəsmilər Musanın hekayəsinin Uqandada ailə planlaması və təhsil ehtiyacına diqqət çəkdiyini deyir. Ölkədə çoxarvadlılıq adi hal olsa da, belə böyük ailəyə sahib olmaq olduqca nadirdir.

Chosen
9
Ajans.az

1Sources