EN

Selfi çəkən turisti qatar vurdu

Tayvanda qatar selfi çəkən turist qızı vurub.

Hadisə təxminən iki həftə əvvəl baş verib. Sosial mediada sürətlə yayılan video görüntülərdə turistlərin qatar relslərinin yanında dayandıqları görünür. Turist hərəkətdə olan qatarla şəkil çəkdirməyə çalışıb. Kadrlarda qatar səsi eşidilir və daha sonra qatar relslərə çoxa yaxın dayanan qadını vuraraq yerə yıxır.

Yerli medianın məlumatına görə, zərərçəkmiş xəstəxanaya çatdırılıb, ona qançır və ayağının sınığı diaqnozu qoyulub.

Məlum olub ki, ekskursiyanın təşkili ilə məşğul olan “Dream International” turizm şirkəti Tayvan Mədəniyyət Nazirliyi tərəfindən bu hadisəyə görə 10 min dollar cərimələnib. Şirkət baş vermiş hadisəyə görə üzr istəyib və bildirib ki, qrupa rəhbərlik edən bələdçi turistdən izdən uzaq durmasını istəyib.

Chosen
3
3
azpost.info

4Sources