EN

Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı baş tutub

Bakı. Trend:

27 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xariciişlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

XİN-dən Trend-ə bildirilibki, telefon danışığı zamanı, regional və beynəlxalq təhlükəsizlik,habelə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirəolunub.

Nazir Hakan Fidan ölkəmizin sərnişin təyyarəsinin Bakı-Qroznıreysini həyata keçirərkən Aktau şəhəri yaxınlığında faciəvi şəkildəqəzaya uğraması ilə bağlı bir daha Türkiyə dövləti və xalqınınbaşsağlığını ifadə edib, qəza nəticəsində vəfat edənlərə rəhmət,yaralılara şəfa arzulayıb. Türkiyənin qardaş Azərbaycanla hər zamanhəmrəy olduğu, habelə mümkün dəstəyin göstərilməsinə daim hazırolduğu diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən davamlıdəstək və həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasınınsəbəblərinin araşdırılmasının birbaşa ölkə rəhbərliyininnəzarətində olduğunu və bu istiqamətdə dövlət komissiyasınınyaradıldığını bildirərək, görülən işlər barədə məlumat verib.

Tərəflər, həmçinin Yaxın Şərqdə, o cümlədən Suriya ətrafındamövcud vəziyyəti müzakirə ediblər. Ölkəmizin Suriyada humanitaryardım niyyəti müzakirə olunub.

Telefon danışığı zamanı, habelə Türk Dövlətləri Təşkilatıçərçivəsində əməkdaşlıq perspektivləri və planları nəzərdənkeçirilib.

Telefon danışığı çərçivəsində, həmçinin qarşılıqlı maraq doğurandigər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Chosen
12
34
az.trend.az

10Sources