EN

Quş qripi təkamül edir: Yeni mutasiyalar mütəxəssislərin narahatlığına səbəb oldu

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) ölkədə quş qripinin ilk ağır halının nümunələrinin təhlilinin narahatedici nəticələri barədə məlumat verib. Araşdırma yoluxmuş quş dəstəsindən alınan nümunələrdə əvvəllər müşahidə edilməyən mutasiyaların olduğunu göstərib.

 
Moderator.az xəbər verir ki, bu barədə mərkəzin saytında xəbər verilib.
 
Bildirilib ki, Luiziana ştatının 65 yaşlı sakini olan pasiyent ağır tənəffüs xəstəliyindən əziyyət çəkib. Təhlillər göstərib ki, o, D1.1 genotipli virusa yoluxub. Bu genotip bir neçə ştatda inəklərdə, insanlarda və bəzi ev quşlarında tapılan B3.13-dən fərqlənir.
 
Virusun sahib hüceyrələrə yapışmasında əsas rol oynayan hemaglütinin (HA) genindəki mutasiyalar xüsusi diqqət çəkib. Bu cür mutasiyalar nadir hallarda rast gəlinir. Lakin digər ölkələrdə bəzi hallar barədə məlumat verilib, ən çox ağır infeksiyalar zamanı. Tapılan mutasiyalardan biri Kanadanın Britaniya Kolumbiyası əyalətində başqa bir ağır halda da aşkar edilib.
Chosen
11
1
moderator.az

10Sources