EN

Ermənistan səfirini Belarusa qaytarmaq niyyətində deyil

İrəvan öz səfiri Razmik Xumaryanı Minskə qaytarmaq niyyətində deyil.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb. 

Xumaryan 2024-cü ilin iyununda məsləhətləşmələr üçün Ermənistana çağırılıb. Məlumata görə, bundan sonra o, Belarusa qayıtmayıb.

İki gün öncə Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyanla Belarus prezidenti Aleksandr Lukaşenko arasında gərginlik də yaşaıb. 

Xatırladaq ki, iki ölkə rəsmiləri arasında gərginlik Belarus prezidentinin Qarabağ müharibəsinin nəticələri ilə bağlı səsləndirdiyi qiymətləndirmələrdən sonra yaranıb. Paşinyan daha sonra bildirib ki, Belarus lideri faktiki olaraq Azərbaycana yardım etdiyini etiraf edib və Aleksandr Lukaşenko orada prezident olaraq qaldığı müddətdə rəsmilərə Belarusa getməyi qadağan edib. 

Ağarza Elçinoğlu 

Chosen
4
unikal.az

1Sources