EN

Azərbaycan Kuboku: II təsnifat mərhələsi başa çatıb, "Qəbələ"nin rəqibi bəlli olub

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub.

"Report"un məlumatına görə, son olaraq daha iki qarşılaşma baş tutub.

"Şamaxı" səfərdə "Zaqatala"nı 1:0 hesabı ilə üstələyib. Komanda 1/8 finalda "Səbail"lə üz-üzə gələcək.

Digər görüşdə isə "İmişli" evdə "Mingəçevir"i eyni hesabla məğlubiyyətə uğradıb. I Liqa təmsilçisi növbəti raundda "Qəbələ"yə rəqib olub.

Qeyd edək ki, daha əvvəl "Karvan", "İrəvan", MOİK, "Səbail", "Turan Tovuz", "Qaradağ Lökbatan, "Kəpəz", "Araz-Naxçıvan" və "Sumqayıt" 1/8 finala vəsiqə qazanıblar.

Chosen
279
1
Sources
Comment ()
Close