EN

Amerikalı nazir: Çip istehsalçılarının heç də hamısı sanksiyalardan məmnun deyil

ABŞ-nin çip istehsalçılarının heç də hamısı Vaşinqtonun Pekinə tətbiq etdiyi sanksiyalardan razı deyil, çünki məhdudiyyətlər mənfəət itkisinə səbəb olur.
“Ölkə.az” xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Cina Raymondo Kaliforniyada Ronald Reyqan adına Prezident Fondunun təşkil etdiyi forumda deyib.

“Mən bilirəm ki, otaqda çip şirkətlərinin rəhbərləri var ki, onlar mənim etdiklərimdən bir az qıcıqlanırlar, çünki qazanc itirirlər. Amma bu, həyatdır. Milli təhlükəsizliyin qorunması məsələsi qısamüddətli qazancdan daha vacibdir”, – o qeyd edib.
Nazir ümumilikdə bu sahənin nümayəndələrinin onun qurumu ilə “əməkdaşlıq etdiyini və kömək etdiyini” desə də, bəzi problemlərin olduğunu da etiraf edib. “Bizim yaxşı münasibətimiz var. Amma, təbii ki, müəyyən təbii gərginlik də var. Biz ilk dəfədir ki, bir ölkənin bütövlükdə, yəni Çinin yarımkeçiricilərə və avadanlıqlara çıxışını rədd etdik. Biz bu istiqamətdə işləməyə davam edəcəyik”, – nazir diqqətə çatdırıb.
Raymondo həmçinin narahatlığını ifadə edib ki, zavodları yarımkeçiricilər istehsalı avadanlığı sahəsində lider mövqeləri tutan Yaponiya və Niderland Çinə tədarük etməyə davam edərsə, o zaman ABŞ-nin məhdudlaşdırıcı tədbirləri heç bir məna kəsb etməyəcək. Bu səbəbdən o, Çinə qarşı sanksiyalar məsələsində onlarla əməkdaşlığa ehtiyac olduğunu bildirib.

Chosen
557
6
paralel.az

10Sources