EN

Məhəmmədinin İsveç kanalına məktubu yayıldı

Tehranın Evin həbsxanasında saxlanılan zəncanlı siyasi məhbus, Nobel Sülh mükafatı laueratı Nərgiz Məhəmmədinin məktubu yayılıb.
BUTA.TV “Röyters”ə istinadla xəbər verir ki, İsveçin SVT kanalı hüquq müdafiəçisinin məktubunu işıqlandıraraq, bunun telekanalın gizli vasitələrlə Evin həbsxanasından Məhəmmədiyə ünvanladığı sualların cavabı olduğunu bildirib. Məktubda N.Məhəmmədi azadlıq və bərabərlik uğrunda apardığı mübarizəsindən bəhs edir: “Həbs, mənəvi işgəncə, daimi təkadamlıq kamera, məhkumluqdan sonra növbəti məhkumluq... məni dayandırmayıb və dayandıra bilməyəcək! Həyatım bahasına olsa belə, azadlıq və bərabərlik uğrunda mübarizə aparacağam”, - Məhəmmədi məktubunda yazıb. O, 8 ildi görmədiyi uşaqları üçün darıxdığını, ancaq bunun onu ruhdan salmadığını qeyd edib.

Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Chosen
74
3
buta.tv

4Sources