EN

Yeni “Nissan Leaf” belə görünəcək - FOTO

“Nissan Leaf” elektromobilinin yeni nəslinin necə görünəcəyi məlum olub.

Avtosfer.az xəbər verir ki, model 2021-ci ildə təqdim edilmiş idman silueti və yüksək oturacaq mövqeyi ilə “Chill-Out” kross-kupesini xatırladacaq.

“Chill-Out” konsepti “CMF-EV” platformasında qurulub və “e-4orce” qurğusu tərəfindən idarə olunub. Avtomobil avtopilotla təchiz edilib. Yeni “Leaf”ın bütün bunları əldə etməsi mümkündür.

Üçüncü nəsil “Nissan Leaf” istehsal modelinin təqdimatı gələn il baş tutacaq, avtomobillər isə 2025-ci ildə satışa çıxarılacaq.

Qeyd edək ki, “Nissan Leaf”ın satışları son bir neçə ildə təxminən 10.000 ədəd artıb. Lakin bu ilin ilk doqquz ayında satışlar demək olar ki, 35% azalıb. Bu il modelin cəmi 5,8 min nüsxəsi satılıb.

Məhəbbət Tərlanoğlu

FOTO QALEREYA
Chosen
143
avtosfer.az

1Sources