EN

Kişilər üçün qadınlarla müqayisədə təhlükəli xəstəliklər hansılardır?

Qərb alimləri sübut ediblər ki, kişilər qadınlarla müqayisədə qripdən daha çətin əziyyət çəkirlər. Zərif cinsin immunitet sisteminin soyuqdəymə halında daha təsirli olduğu ortaya çıxıb.

Aztibb.az “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, terapevt Mariya Belyaeva "kişi qripi" adlanan xəstəliyin mövcudluğunu təsdiqləyib və başqa hansı xəstəliklərin qadınlara daha az təsir etdiyini açıqlayıb:

“Alimlər sübut ediblər ki, estrogenlər, yəni qadın orqanizmi tərəfindən kişilərə nisbətən daha çox istehsal olunan hormonlar orqanizmi bir çox xəstəliklərdən qorumağa qadirdir. Bunlara Parkinson xəstəliyi, melanoma, mədəaltı vəzi xərçəngi, böyrək daşları, şəkərli diabet və podaqra, həmçinin xroniki obstruktiv ağciyər xəstəlikləri daxildir”.

Maraqlıdır ki, bədənin xüsusiyyətlərinə görə qadınların daha həssas olduğu xəstəliklər də var. Bunlar miqren, döş xərçəngi, osteoporoz, irritabl bağırsaq sindromu və depressiyadır.

“Kişilər və qadınlar daha çox risk altında olduqları problemlər üçün daha tez-tez müayinə olunmalıdırlar. Bu, xüsusilə ailəsində bu cür xəstəlikləri olan insanlar üçün doğrudur”, - deyə həkim vurğulayıb.

Chosen
237
4
aztibb.az

6Sources