EN

Spirtli içkilər 10 faiz bahalaşacaq - Ekspert

Xəbər verdiyimiz kimi, Milli Məclis alkoqollu içkilərin aksiz dərəcələrinin artırılmasına dair sənədi təsdiqləyib. Dəyişikliyə görə, aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata çatdırılır.




Mövzuya münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, bu qərardan sonra alkoqollu içkilərin qiymətlərində 10 faiz artım olacaq:

“Alkoqollu içkilərin aksiz dərəcələri üç-dörd ildir ki, artırılır. Budəfəki artımdan sonra spirtli içkilərin qiymətində ən yaxşı halda 10 faiz bahalaşma olacaq. Amma burada incə bir məqam var. Əgər qonşu ölkələrdə alkoqollu içkilər bizdəkindən çox ucuz olarsa, qaçaqmalçılıqla ölkəyə gətirilən məhsulların həcmi artacaq. Digər bir məsələ də var. Qiymətlər artan kimi kustar üsulla, ev şəraitində hazırlanan içkilər bazara daxil olacaq. Bu isə çox ciddi məsələdir. Çünki söhbət insan sağlamlığına vurulan ziyandan gedir. Bu məsələlərdə daha diqqətli olmaq lazımdır".

Sevinc
BakuPost
Chosen
265
12
bakupost.az

9Sources