Ağdam. Trend:
Ağdamda mina problemi ilə bağlı keçirilən Beynəlxalq Forumdapanel müzakirələri olub.
Trend-in Qarabağ bürosu xəbərverir ki, vətəndaş cəmiyyəti təmsilçisi Orxan Amaşovunmoderatorluğu ilə Forumum panel müzakirələri keçirilib.
Müzakirələrdə ANAMA-nın Metodologiya və qiymətləndirmə şöbəsininmüdiri Adil Aslanov, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası”İctimai Birliyinin sədri Hafiz Səfixanov, BMTİP eksperti DonMakdonald, siyasi analitik Hamdi Rifai, Türkiyənin Siyasət,İqtisadiyyat və Araşdırmalar Mərkəzinin (SETA) eksperti MustafaCaner, “Piyada Əleyhinə Minaların Aşkarlanması İnkişafı” İctimaiBirliyinin eksperti İtamar Levy, “Minadan Azad Sarayeva”layihəsinin rəhbəri, “Minaaxtaran itlər” Mərkəzinin direktormüavini Mariya Trlin, Humanitar Yardım Fondunun eksperti MehmetAltıntaş, Mina Məsləhət qrupunun Azərbaycan üzrə direktoru JoanneLa Terriere, UNİCEF-in humanitar minatəmizləmə üzrə ekspertiTetiana Kazanzhy və digər ekspertlər minanın törətdiyi qorxulufəsadlardan, ondan qorunma və maarifləndirmə yollarından bəhsediblər.
Xarici ekspertlər Ağdamda basdırılan minaların miqyasındandəhşətə gəliblər.
Vurğulanıb ki, dünya ictimaiyyəti Ağdamda, o cümlədən digərişğaldan azad edilmiş ərazilərdə minadan təmizlənmə işlərininsürətləndirilməsi və yaşayışın bərpa edilməsi üçün əlindən gələnietməlidir.
Daha sonra panel müzakirələri sual-cavab formatında davamedib.
Tədbirin sonunda forum iştirakçıları adından dünyaictimaiyyətinə müraciət səslənib və konfransın xatirə hədiyyələritəqdim edilib.
Qeyd edək ki, iki gün davam edən “Dayanıqlı inkişaf məqsədlərinənail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Forumdamüxtəlif ölkələrdən 10-dan çox xarici ekspert iştirak edib.