EN

Rusiya, Çin və BƏƏ Qəzzaya görə hərəkətə keçdi - Təcili iclas

Rusiya Çin və Birləşmiş Ərəb Əmirlikləri Qəzza zolağında vəziyyətin gərginləşməsi ilə əlaqədar dekabrın 8-də BMT Təhlükəsizlik Şurasının (TŞ) təcili iclasının keçirilməsini tələb edib.

Bakupost.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

"Qəzzada vəziyyətin son dərəcə narahatedici gərginləşməsini nəzərə alaraq, biz BƏƏ və Çinlə birlikdə BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb etdik. İslas sabah, dekabrın 8-də Nyu-York vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 19.00-da-red.) başlayacaq”, - deyə o, Telegram kanalında yazıb.

Nilay, BakuPost
Chosen
186
bakupost.az

1Sources