EN

G7: Qəzzada mülki itkiləri minimuma endirmək üçün təcili tədbirlər görülməlidir

G7 Zirvə Toplantısından sonra yayımlanan birgə bəyanatda Qəzzada getdikcə pisləşən humanitar böhrana həll yolu tapmaq və mülki itkiləri minimuma endirmək üçün daha təcili tədbirlərin görülməsinin lazım olduğu bildirilib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. Qəzza zolağı, Rusiya- Ukrayna böhranı da daxil olmaqla, cari məsələlər müzakirə edilib.

Sammitin sonunda dərc edilən birgə bəyanatda, Yaxın Şərqdəki böhranla bağlı Qəzzada pisləşən humanitar böhrana həll yolu tapmaq və mülki itkiləri minimuma endirmək üçün daha təcili addımların atılmasına ehtiyac olduğu bildirilib.

Bəyannamədə daha çox humanitar fəaliyyətin dəstəkləndiyi və bölgəyə yardım göstərilməsi üçün təşviq edildiyi bildirilib və HƏMAS-ı ilkin şərt olmadan bütün girovları dərhal azad etməyə çağırılıb.

Rusiyaya qarşı almaz sanksiyaları

Ukraynaya qarşı hücumlarını davam etdirən Rusiyanın gəlir mənbələrini azaltmaq üçün gələn aydan etibarən Rusiya brilyantlarına idxal məhdudiyyətlərinin qoyulmasına qərar verilib.

Qeyd olunub ki, G7 Rusiyanın enerji gəlirlərini və gələcək hasilat imkanlarını məhdudlaşdıracaq addımlar atmaqla onun qeyri-qanuni müharibəsini maliyyələşdirmək imkanlarını məhdudlaşdıracaq.

Bildirilib ki, Rusiya ərazisində hasil edilən, emal olunan və ya istehsal olunan qeyri-sənaye almazlarına idxal məhdudiyyətləri qoyulacaq və üçüncü ölkələrdə emal olunmuş Rusiya almazlarının idxalına tədricən məhdudiyyətlər qoyulacaq.

Yaponiyadan dəstək

Yaponiyanın baş naziri Kişida Fumio sammitdəki çıxışında ölkəsinin Ukraynanın yenidən qurulması üçün 4,5 milyard dollar maliyyə dəstəyi verəcəyini açıqlayıb.

Rəsmi Kyodo agentliyinin məlumatına görə, onlayn sammitdə çıxış edən Ukrayna prezidenti Vladimir Zelenski G7-dəki həmkarlarına ölkəsinə yardımı davam etdirməyə çağırışını təkrarlayıb.

“Rusiya inanır ki, Amerika və Avropa zəiflik nümayiş etdirəcək və Ukraynaya lazımi dəstəyi saxlaya bilməyəcək”, – Zelenski bildirib.

Chosen
195
interpress.az

1Sources