EN

Azərbaycanda istirahət imkanları asanlaşdırılır: bu xidmətlər UCUZLAŞACAQ

Gələn ildən etibarən turizm şirkətlərinin əmlak vergisində 75 faiz güzəşt tətbiq olunacaq. Praktiki olaraq bu o anlama gəlir ki, turizm şirkətləri hesabladıqları əmlak vergisinin yalnız 25 faizini ödəyəcəklər.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O qeyd edib ki, 75 faizlik güzəştin tətbiq edilməsi turizm şirkətlərinin xərcinə təsir edəcək, turizm obyektlərində xərclərin azalmasına səbəb olacaq.

“Xərclərin azalması turizm obyektləri və şirktləri üçün daha aşağı xərclə və aşağı qiymətə xidmətlərin təklif edilməsi anlamına gəlir. Gözlənti ondan ibarətdir ki, gələn ildən etibarən daxili turizmdə qiymətlərin aşağı düşməsi mümkündür. Çünki xərclər azalır və bu, turizm şirkətlərinə imkan verəcək ki, daha aşağı qiymətə xidmətlər göstərsinlər”, - deyə o, əlavə edib.

Chosen
132
7
aznews.az

8Sources