EN

Ata və oğul eyni komandada forma geyinəcək - NADİR HADİSƏ

Braziliyanın “Fluminense” klubu gənc futbolçusu Davi ilə peşəkar müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin sözləşməsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Maraqlıdır ki, “Qalatasaray”ın sabiq futbolçusu və Davinin atası olan Felipe Melo da “Fluminense”də çıxış edir.

40 yaşlı futbolçunun klubla 2024-cü ilin yayına qədər müqaviləsi var. Beləliklə, ata və oğul futbolçu kimi eyni komandada çıxış edəcək.

Chosen
119
4
sportinfo.az

4Sources