Gürcüstan Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, dekabrın 10-dək Tbilisidə vaxtaşırı yağış və duman, Şərqi Gürcüstanın dağlıq rayonlarında isə qar yağacağı gözlənilir. Referans.az News24.az-a istinadən xəbər verir ki, “Dekabrın 10-dək Gür
Gürcüstan Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, dekabrın 10-dək Tbilisidə vaxtaşırı yağış və duman, Şərqi Gürcüstanın dağlıq rayonlarında isə qar yağacağı gözlənilir.
Ekologiya.az News24.az-a istinadən xəbər verir ki, “Dekabrın 10-dək Gürcüstanda fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Dekabrın 7-si səhərədək Şərqi Gürcüstanın şimal dağlıq rayonlarında güclü qar yağacağı, uçqun təhlükəsi, duman və çovğun gözlənilir.
Qərbi Gürcüstanda istilər fonunda bir qədər yağıntılı olacağı, ölkənin şərqində isə nisbətən soyuq hava şəraiti gözlənilir. Dekabrın 10-dək Tbilisidə vaxtaşırı yağış yağacağı, duman olacağı, havanın temperaturunun gün ərzində +9, +11 dərəcə isti olacağı gözlənilir.
Sahil ərazilərində (Batumi, Kobuleti, Anaklia, Poti): istilər fonunda az yağış yağacağı ehtimalı var. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): istilər fonunda az yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +20, +22 dərəcə təşkil edəcək. Şərqdən güclü külək əsəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo): az miqdarda yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +13, +15 dərəcə təşkil edəcək. Şərq küləyi əsəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): az yağıntı gözlənilir. Havanın temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): dekabrın 10-dək yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): dekabrın 10-dək yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Pasanauri, Dedoplistskaro): dekabrın 10-dək yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +8, +10 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): dekabrın 10-dək qar yağacağı, dekabrın 7-si səhərədək bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu gündüz 4, +6 dərəcə təşkil edəcək”, - Milli Ekologiya Agentliyinin yaydığı məlumatda deyilir.