Bakı. Trend:
Dekabrın 11-də “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış”mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Trend xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət TəminatıAgentliyi məlumat yayıb.
Bildirilib ki, beynəlxalq konfrans Elm və Təhsil Nazirliyi,Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsilİnstitutu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinintəşkilatçılığı ilə baş tutacaq.
Tədbirin əsas məqsədi məktəbəqədər təhsildə keyfiyyətin daha dayüksəldilməsinə nail olmaq və qabaqcıl təcrübələrlə tanışolmaqdır.
Konfrans “Məktəbəqədər təhsildə uşaqyönümlü təhsilə keçid”,“Məktəbəqədər təhsildə effektiv idarəetmə”, “İcma, ailə vəməktəbəqədər təhsil: səmərəli əməkdaşlıq” panellərindən ibarətolacaq.
Beynəlxalq konfrans “Azərbaycan Respublikasının 2022-2026-cıillərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insankapitalı və müasir innovasiyalar məkanı üzrə stratejiçərçivə”sindən irəli gələn vəzifələri əsas götürür.
Konfrans Təhsil TV vasitəsilə Azərbaycan dilində tərcümə iləcanlı yayımlanacaq.