EN

Koronavirusa qarşı peyvənd yenilənib

Rusiya koronavirusa qarşı “Sputnik Light” peyvəndinin tərkibini yeniləyib. 

"Cebhe.info"  "Novosti"-yə istinadən xəbər verir ki, bu barədə  Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Qintsburq bildirib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi hər şeyi razılaşdırıb, göstərişlərə dəyişiklik edilib. "Bazar ertəsi səhər vaksinin xarici qablaşdırması, yəni flakonların hazırlandığı qutu “Roszdravnadzor”-a çatdırılacaq",- deyən Qintsburq bunun 1,5-2 saat çəkməli olduğunu qeyd edib.

Qintsburq daha əvvəl bildirmişdi ki, peyvəndin hazırkı versiyası əhali arasında üstünlük təşkil edən koronavirus variantlarından artıq qorunmur, çünki orijinal “Sputnik” koronavirusun Vuhan variantı əsasında yaradılıb, o, 2022-ci ilin iyul ayına qədər aktual olub.

Chosen
190
cebheinfo.az

1Sources