EN

Lavrov: HAMAS İsrailə qarşı terror aktı həyata keçirib

HAMAS İsrailə qarşı terror aktı həyata keçirib.APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.O, Rusiyanın HAMAS-ın İsrailə qarşı həyata keçirdiyi terror aktını pislədiyini söyləyib. Qeyd edib ki, Moskva yalnız HAMAS-ın siyasi ofisi ilə əlaqə saxlayır."HAMAS oktyabrın 7-də terror aktı həyata keçirdi, biz bunu dərhal qınadıq. HAMAS-ın Dohada fəaliyyət göstərən siyasi şöbəsi var və bizim o siyasi şöbə ilə əlaqəmiz var. Biz dərhal girov götürülən insanların taleyini müzakirə etmək üçün Dohada adamlarla əlaqə saxladıq”, - deyə Rusiya XİN başçısı Dohada keçirilən forumda onlayn çıxışında bildirib.Poliqon.info

Chosen
83
8
poliqon.az

8Sources