EN

Qızılcadan qorunmağın ən effektiv yolu...

“Qızılca çox yüksək yoluxuculuq qabiliyyətinə malik kəskin xəstəlikdir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında nazirliyin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova açıqlayıb.

Onun sözlərinə görə. bu xəstəlikdən isə ən effektiv qorunma yolu qızılcaya qarşı peyvəndin vurulmasıdı. Peyvənd əsasən uşaqlıq dövründə (12-15 ay və 6 yaşda) vurulur. 2014-cü ildən vaksin preparatları Azərbaycana Respublikası Səhiyyə Nazirliyi tərəfindən UNICEF xətti ilə gətirilir. İstehsalçı ölkədən asılı olmayaraq ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir.

Günay İsmayılova qeyd edib ki, uşaqlara qızılca əleyhinə peyvənd 2 dəfə: 1 və 6 yaşında vurulur. Hər hansı bir səbəbdən peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zaman vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlara isə tez bir zamanda peyvəndin 2-ci dozası vurulmalıdır. Peyvəndin hər iki dozasını vaxtında vurdurmayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar. Unutmayaq ki, qızılcaya yoluxmanın qarşısının alınmasında ən effektiv yol peyvəndin vurulmasıdır”.

Terapevt bildirib ki, 2 doza peyvənd qızılca infeksiyasının qarşısını ömürlük almaqda 97% effektivdir.

Aytac Aslan

Chosen
468
50
bakivaxti.az

10Sources