EN

2024-cü ildə bürcləri

2024-cü ildə Bürcləri nə gözləyir?

Sevgi, sağlamlıq və maliyyə məsələlərində hansı bürcün bəxti gətirəcək?

Bakıvaxtı.az siyahını təqdim edir:

Qoç

2024-də “Qoç” sosial mühitini dəyişə bilər. Dostluq, səyahət və təhsildə şanslı olacaqlar. İş həyatl ilə məşğul olan “Qoç”ların şansları daha yaxşı ola bilər. 2024-cü ildə Qoç bürcləri sevgi ilə bağlı mövzularda aktiv olacaqlar. Evlilik mövzusunu gündəmlərinə gətirə, tənhalıqlarıına son qoyacaq münasibətə başlaya bilərlər.

BUĞA

2024-cü ildə Buğa bürcləri karyeraları ilə bağlı çox şanslı olacaq, karyera baxımından böyük dəyişikliklər yaşayacaqlar. Gələn il “Buğa”lar sevgi münasibətlərində bir az səhlənkar davrana bilərlər. Çünki onların gündəminə biznes mövzusu hakim olacaq.

ƏKİZLƏR

Əkizlər bürcündən olanlar karyeraları ilə bağlı məsuliyyətlərinin artacağı bir dövrə qədəm qoyurlar. Əkizlər bürcü insanları yeni ildə sevgi ilə bağlı məsələlərdə daha aydın addımlar atdıqca tanışlıq və əlaqələr baxımından əhəmiyyətli dəyişikliklər yaşayacaqlar. 2024-də Əkizlər bürcü sağlamlıqla bağlı məsələlərdə heç bir zərərli təsir görməsələr belə, çox yorulmamağa diqqət etməlidirlər.

XƏRÇƏNG

2024-də Xərçəng bürcü diqqətlərini ailə məsələlərinə yönəldə bilər. Ailə və iş arasında tarazlıq yaratmağa diqqət yetirməlidirlər. Yeni il “Xərçəng”lərə sevgi mövzusunda şəfa verməyə imkan verəcək. 2024-cü ildə Xərçəng bürcü insanları sağlamlıqları ilə bağlı əhəmiyyətli dəyişikliklərlə üzləşə və kiçik əməliyyatlar keçirə bilərlər.

ŞİR

2024-də “Şir”lər karyeralarında status dəyişikliyi yaşaya bilərlər. Fərqli mühitlərə girmək və yeni əlaqələr qurmaqda şanslı olacaqlar, lakin investisiya məsələlərində diqqətli olmaq faydalıdır. 2024-cü ildə Şir bürcü sevgi ilə bağlı məsələlərdə mühüm qərarlar qəbul edəcək. Tənha olanlar tənhalığına son verə bilər, münasibətdə olanlar evlənməyə qərar verə bilərlər.

QIZ

Yeni ildə Qız bürcü insanları karyera baxımından yüksələcək. Sevgi ilə bağlı məsələlərdə 2024-cü ildə Qız bürcü insanları səy göstərməli olduqları bir dövrə girəcəklər və əlaqələrlə bağlı sınaqdan keçirilə bilərlər. Qız bürcləri üçün 2024-cü ildə rutin müayinələri vaxtında etmələri faydalı olardı.

TƏRƏZİ

2024-də Tərəzilər karyeralarında bəzi çətinliklərlə üzləşə bilərlər. Yeni ildə Tərəzi bürcləri sevgi ilə bağlı mövzularda suallar yaşayacaq, münasibətlərdə 'mən' deməyi öyrənəcəklər.

ƏQRƏB

2024-də Əqrəblər məsuliyyətlərinin artacağı bir dövrə girəcəklər. Vərəsəlik, investisiya və maliyyə məsələlərində şanslı olacaqlar. Yeni ildə Əqrəb bürcü sağlamlıqla bağlı məsələlərdən vaxtaşırı çətinliklərlə üzləşə bilər. Onlar rutin müayinələrdən keçməyi unutmamalıdırlar.

OXATAN

2024-də Oxatanlar yeni layihələr və əməkdaşlıqlar edə bilərlər. Onlar sosial mühitlərini dəyişdirə, yeni qruplara daxil ola bilərlər. 2024-cü ildə tənha “Oxatan”lar tənhalığa son verə, münasibətdə olanlar isə evlənməyə qərar verə bilərlər.

OĞLAQ

“Oğlaq”lar karyeralarında çox mühüm fürsətlərlə qarşılaşacaq, karyera baxımından yüksəlişdə olacaqlar. Oğlaq bürcü yeni ildə sağlamlıqla bağlı mövzularda xırda problemlərlə qarşılaşa bilər. Onlar bunun öhdəsindən asanlıqla gələcəklər.

DOLÇA

Dolça bürcləri gərgin iş rejiminə qədəm qoyacaqlar. Bu, onların iş tempini artıra bilər. Maddi çətinliklərlə üzləşə bilərlər. Təhsil, səyahət və fərqli insanlarla tanışlıq baxımından şanslı olacaqlar. 2024-cü ildə “Dolça”lar sevgidə çox şanslı olacaqlar.

BALIQLAR

2024-də Balıqlar karyeralarında dəyişikliklər yaşayacaqlar. Yeni pul mənbələri tapmaqda şanslı olacaqlar. İl boyu daşınmaz əmlak və ailə məsələlərində yaxşı fürsətlərlə qarşılaşa bilərlər. Yeni ildə “Balıq”lar ev qurmaq istəyəcəklər.

Ziyafət Əlisoy

Chosen
151
50
bakivaxti.az

10Sources