EN

Qrinvud üçün iki müştəri

Meyson Qrinvud İspaniyada qala bilər. 22 yaşlı vingerin oyunu bu ölkənin iki nəhənginin diqqətini çəkib.

Futbolinfo.az xəbər verir ki, “Mançester Yunayted”in bir illik icarəyə verdiyi futbolçunun çıxışı qənaətbəxşdir. “Xetafe”də uğurlu oynaması onun “Barselona” və “Atletko”nun diqqətini çəkməsi üçün kifayət edib. Yayda İngiltərə klubunun yetirməsini satması gözlənilir.

Əslində, “Xetafe” də Qrinvudu heyətində saxlamaq istəyir. Amma bu komandanın yalnız icarə müddətini uzatmağa gücü çatır. İngilislər isə isə 2025-ci ilin yayında azad agent olacaq futbolçunu satmağı planlaşdırır. “Barselona” və “Atletirko”dan biri oyunçunu alsa, “Xetafe” ümumi məbləğin 20 faizinə sahib olacaq.

Chosen
331
14
futbolinfo.az

10Sources