Ermənistan baş naziri Nikol Paşinyan İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.
APA xəbər verir ki, bu barədə Ermənistan Hökuməti məlumat yayıb.
Tərəflər Ermənistan-İran münasibətlərini müzakirə ediblər.
“3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) platforması üzrə fikir mübadiləsi aparılıb.
Paşinyan və Rəisi Tehranda keçirilən görüşü faydalı qiymətləndiriblər.