EN

“Səhiyyə 4.0” mühitində elmi-nəzəri əsaslar tədqiq olunur

“Səhiyyə

Bakı, 22 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda “Səhiyyə 4.0” mühitində əhalinin sağlamlığı observatoriyasının formalaşmasının elmi-nəzəri əsasları tədqiq olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə elmi şuranın növbəti iclasında institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova məlumat verib.

Məruzəçi bu il IoT əsaslı paylanmış tibbi monitorinq sistemində sağlamlığın idarə olunması qərarlarının qəbulu, Azərbaycanın tibbi-demoqrafik profilinin müəyyənləşdirilməsi üçün statistik məlumat bazasının formalaşdırılması və süni intellekt metodları əsasında emalı ilə bağlı tədqiqatların aparıldığını bildirib.

M.Məmmədova “Səhiyyə 4.0” və e-dövlət platformasında vahid inteqrasiya olunmuş tibbi informasiya fəzasının formalaşması mexanizmlərinin işlənməsi ilə bağlı elmi-tədqiqat işi çərçivəsində araşdırmaların davam etdirildiyini söyləyib. O, bildirib ki, Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının həkimləri ilə birgə qaraciyər xəstəlikləri üzrə müalicə-diaqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi çərçivəsində tədqiqatlar davam etdirilib.

Professor M.Məmmədova tibbi sosial media resurslarının münasibət seqmentlərindəki informasiyanın analizi və qərarların qəbulu məsələləri çərçivəsində maşın təlimi metodlarının tətbiqi ilə tibbi sosial mediada aktorlar arasında münasibətlərin sentiment analizinin aparıldığını bildirib. O, tibbi sosial media resurslarında kraudsorsinqdən alınan informasiya əsasında klinikaların fəaliyyətinin idarə olunması qərarlarının qəbulu üçün metodikanın işlənildiyini diqqətə çatdırıb.

Chosen
380
1
azertag.az

2Sources