EN

Ukraynada döyüşlər 2025-ci ilə qədər davam edəcək – Newsweek

Ukrayna prezidenti Volodimir Zelenski və prezident Vladimir Putin maksimalist məqsədlərə riayət edirlər və bu da müharibənin tez bitməsi ehtimalını istisna edir. Buna görə də hərbi əməliyyatlar böyük ehtimalla 2025-ci ilə qədər davam edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Newsweek yazır.

Eyni zamanda, nəşr vurğulayır ki, "Vaqner”in lideri Yevgeni Priqojinin Moskvaya qarşı kampaniyasına bənzər hadisələri istisna etmək olmaz. Bundan başqa, Kreml dəfələrlə Putinin səhhəti ilə bağlı yayılan xəbərləri təkzib edib.

"Ukraynada müharibənin 2024-cü ildə bitəcəyini görə biləcəyim yeganə yol Vladimir Putinin ölməsidir”, - Fordham Universitetinin kommunikasiya və media üzrə professoru və CBS News-un keçmiş Moskva bürosunun rəhbəri Bet Knobel deyib.

Onun sözlərinə görə, nəzəri cəhətdən Rusiyanın rəhbərlik dəyişikliyindən istifadə edərək qələbəsini elan etməyə çalışması və 2022-ci ilin fevralından bəri zəbt etdiyi torpaqları sadəcə olaraq saxlaması mümkündür.

"Ancaq Putin ölsə belə, məncə, Rusiyanın müharibədən əl çəkməsi şansı çox azdır, çünki o, artıq öz milli imicinin çox hissəsini qələbəyə yatırıb”, - ekspert bildirib.
ABŞ kəşfiyyatının hesabatında deyilir ki, Rusiya işğaldan əvvəlki qüvvələrinin 87%-ni və ya 315 000 əsgərini itirib. Həmçinin seçkilərdən sonra gözlənilən səfərbərlik Putinin öz xalqını qurban verməyə hazır olduğunu göstərir. O, dekabrda büdcəni təsdiqləyib və sənədə görə, 2024-cü ildə Rusiyanın bütün büdcəsinin təxminən 30%-i hərbi ehtiyaclara xərclənəcək.

Meredit kollecinin tarix elmləri üzrə professoru Qregori Vitarbo bildirib ki, danışıqlar yolu ilə uzunmüddətli həll də çətin görünür.

"Bu müharibəyə bu qədər qan, xəzinə və nüfuz xərcləmiş Putin siyasi baxımdan qəti qələbədən başqa heç nəyə gedə bilməz”, - Qregori Vitarbo vurğulayıb.

Nizami Bağırov
Chosen
360
50
qaynarinfo.az

10Sources