Yanvarın 4-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
10Sources
-
azedu.azBu günün hava proqnozu ( 2627709)
-
azedu.azBu gün hava necə olacaq? ( 2626161)
-
sia.azHAVA PROQNOZU açıqlandı - 15 dərəcə isti olacaq ( 2625582)
-
cia.azSabah 15 dərəcə isti olacaq ( 2612657)
-
oxu24.comHava ilə bağlı XƏBƏRDARLIQ ( 2611643)
-
avtosfer.azSabah 15 dərəcə isti olacaq - PROQNOZ ( 2611340)
-
interpress.azSabah 15 dərəcə isti olacaq – PROQNOZ ( 2611061)
-
demokrat.azSabah hava yağmursuz keçəcək ( 2610965)
-
day.azSabah güclü külək əsəcək ( 2610812)
-
azedu.azSabah 15 dərəcə isti olacaq - PROQNOZ ( 2610602)