Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 404 nəfər 2023-cü ilin dekabr ayında sərhəddə saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.Bu barədə AzVision.az -a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.
Qeyd olunub ki, ölkədən çıxışı qadağan olunan 419 nəfərin Azərbaycanı tərk etməsinin, girişi qadağan olunan 16 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.
AzVision.az