EN

"Sənin səsin, danışığın çılpaq idi"

İnsanın necə həyat keçirdiyini bilmək istəyirsənsə, onun necə öldüyünə bax. Aygün Bəylər sənətinə, gözəl səsinə layiq şəkildə əsl müğənni kimi oxudu, son imtahanını, son borcunu da sevənlərinə gəldiyi yerdə, səhnədə verdi və getdi.

İndiyə qədər belə gözəl və düzgün şəkildə səhnədən gedən müğənni olmamışdı. İndiyə qədər kimsə xəstə-xəstə oxumamışdı, son gülləsini xərcləməmişdi, enerjisini özünə saxlamışdı. Demək ki, özü demişkən, bir çoxundan fərqli olaraq, iliyinə qədər sənətkar elə O imiş.

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı İradə İsak sosial şəbəkədə yazıb. Sənətçi barədə fikirlərini bölüşən tanınmış jurnalist qeyd edib ki, Aygün Bəylər oxumurdu, yaşayırdı hər kəlməni.

"Özünü oğlan qiyafəsində göstərdin bizi. Amma səsin o qədər zərif, o qədər xanım idi ki... Bir dəfə demişdim, ürəklə oxuyanlarımızın səsi zəifdir, səsi olanların ürəyi, mahnını yaşaya, yaşada bilmirlər. Sən bu klişeni də dağıtmışdın. Oxumurdun, yaşayırdın hər kəlməni. Səninlə oxumaq hər səsin işi də deyildi.

Bütün dünyada belə səsli müğənnilərə "Diva" deyirlər. Çünki divlik səslə olur, tərzlə deyil. Özün demiş, elə tərz də, imic də, fərqlilik də, təbiilik də səndə idi. Bu tərzdə dünyada bircə oxuyan, belə rahat, sərbəst, doğma və bəzəksiz danışan da Sən idin. Sən özün idin, Aygün, başqalarının bədəni, sənin səsin, danışığın çılpaq idi, boyasız, pudrasız, baxımsız, xalisindən yəni. Xalqınkını əməkdar, ciy-ciyləri xalq edən yerdə çox yaşaya bilməzdin sən. Bunca haqsızlığa sona qədər dözə də bilməzdin.

Balanı kimə əmanət etmisən, bilmirəm. Amma Allah bu dünyada bizə yaşatdığın gözəlliklərə xatir ona daim kömək olsun!

Yerin səni incitməsin, balaca, yaxşı qız, böyük səs. Yeri görünənlərdən, adı yaxşı anılanlardan, torpağı xoş xəbər aparanlardan olacaqsan. Rahat yat!"

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Chosen
599
50
milli.az

10Sources