EN

Prezidentliyə namizəd olmaq istəyənlər üçün müddət bitdi

Prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatıb.

Tribunainfo.az xəbər verir ki, prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb.











Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edib.

Qeyd edək ki, bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

MSK hazırki ana qədər İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.

Chosen
806
6
tribunainfo.az

10Sources