EN

Baş direktor "Borussiya"nı tərk edir

Dortmund "Borussiya"sının baş direktoru Hans-Yoahim Vatske klubla müqaviləsini yeniləməyəcək.

Bizim.Media "Sky Sport"a istinadən xəbər verir ki, bu barədə mütəxəssis öz açıqlamasında bildirib.

O, 2025-ci ilin yayına qədər nəzərdə tutulan sözləşməsi başa çatdıqdan sonra Almaniya təmsilçisini tərk edəcəyini deyib: 

“Yeni müqavilə imzalamayacağam. Gələn ilin payızında direktor vəzifəsini tərk edəcəyəm”.
64 yaşlı funksioner 2005-ci ildən "Borussiya"nın baş direktoru vəzifəsində çalışır. Bu müddət ərzində “Borussiya” 2 dəfə Bundesliqanın qalibi olub, 3 dəfə Almaniya kubokunu qazanıb və Çempionlar Liqasının finalına yüksəlib.

Bizim.Media
 

Chosen
187
2
bizim.media

3Sources