EN

Satınalmalarla bağlı şərtlər toplusunun nümunəvi formaları təsdiqlənib

Nazirlər Kabineti dövlət satınalmaları ilə bağlı şərtlər toplusunun nümunəvi formalarını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərar bu il yanvarın 1-dən qüvvəyə minib. Qərara əsasən, “İşlərin açıq tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması”, “Malların açıq tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması”, “Xidmətlərin açıq tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması”, “Satınalma predmetinin ikimərhələli tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması”, “İşlərin qapalı tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması”, “Malların qapalı tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması”, “Xidmətlərin qapalı tender metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması”, “İşlərin kotirovka sorğusu metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması”, “Malların kotirovka sorğusu metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması”, “Xidmətlərin kotirovka sorğusu metodu ilə satın alınması üçün şərtlər toplusunun nümunəvi forması”, “Satınalma predmetinin bir mənbədən satın alınması üçün şərtlər toplusunun nümunəvi forması” təsdiq edilib.

Chosen
389
2
ikisahil.az

10Sources