Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı imtahanının ikinci mərhələsi (qanunvericilik üzrә) keçirilib.
Bu barədə Redaktor.az-a DİM-dən bildirilib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 4 binada təşkil olunub. İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün yaxın 3 həftə ərzində elan olunacaq.