EN

“Instagram”da artıq stiker yaratmaq mümkündür – Yenilik

“Instagram” sosial şəbəkəsində “Hekayələr” bölməsində süni intellekt vasitəsilə stiker düzəltmə funksiyası işə düşüb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Stiker yaratmaq üçün “Instagram” tətbiqinə daxil olun, “Hekayələr”ə foto və ya neytral fon əlavə edin, sonra “Etiket” bölməsində “Qayçı” alətini seçin. Növbəti addımda cihazınızdakı qalereyadan stiker düzəltmək istədiyiniz şəkil üzərinə tıklayın. Qeyd edək ki, stikerin ölçüsünü və yerini dəyişmək mümkündür.

Əgər süni intellektin əldə etdiyi nəticə sizi qane etməzsə, stiker düzəltmə prosesini yenidən başlada bilərsiniz.

instagram

Chosen
250
50
banker.az

10Sources